MÜSAHİBƏ


Sərt karantin rejimi tətbiq olunan rayonlarda fermerlərin hərəkəti necə təmin olunacaq AÇIQLAMA

Azərbaycanın 16 şəhər və rayonunda sərt karantin rejimi tətbiq olunub. Bu şəhər və rayonların bir qismində, o cümlədən Şəki, Xaçmaz, Siyəzən, Goranboy rayonlarında hazırda aktiv taxıl biçini aparılır.
Sərt karantin rejimi günlərində fermerlərin biçinə necə çıxacağı, onların rayon daxilində və rayonlararası hərəkətinin təşkili ilə bağlı yaranan suallara Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov AZƏRTAC-a açıqlamasında aydınlıq gətirib.
O bildirib ki, sərt karantin rejimində fermerlərin hərəkətinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən “Elektron hökumət” və icazə.e-gov.az portalı üzərindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır