CƏMİYYƏT


Son vaxtlar koronavirusa yoluxmada əsas artım mənbəyi ailədaxili yoluxmalardır

Ev şəraitində müalicə olunan çoxlu xəstələr var. Yalnız daha ağır simptomu olan xəstələr stasionar şəraitdə müalicə olunurlar. Ev şəraitində müalicə olunan xəstə infeksiya mənbəyidir və biz özümüzü ondan qorumasaq, həmin xəstə də özünü təcrid etməsə, ailədaxili yoluxmalar artar. Bizim müşahidələrə görə, son vaxtlar yoluxma saylarının artmasında əsas faktor bundan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov dekabrın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.