ELM VƏ TƏHSİL


Xudat şəhərində 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib

Fevralın 12-də Xaçmaz rayonunun Xudat şəhərində yeni tikilən 432 şagird yerlik məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinə ötən ilin dekabr ayından başlanılıb. İkimərtəbəli binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana var.