ELM VƏ TƏHSİL


Qusarın Quxuroba kəndində 460 şagird yerlik məktəb binası əsaslı təmir olunub

Fevralın 12-də Qusar rayonunun Quxuroba kənd tam orta məktəbi əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı təmir işləri aparıldıqdan sonra məktəbdə 460 şagirdin təhsil alması üçün lazımi şərait yaradılıb.
Tamamilə yenidən qurulan üçmərtəbəli məktəb binası müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır