CƏMİYYƏT


"Sinovac Biotech"in vaksinlərinin ilk partiyaları Meksika və Kolumbiyaya çatdırılıb

Çinin "Sinovac Biotech" şirkətinin COVID-19 əleyhinə peyvəndlərinə dünyada maraq getdikcə artır.
AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, vaksinasiya prosesində istifadə olunmaq üçün "CoronaVAC" peyvəndinin ilk partiyaları Meksika və Kolumbiyaya çatdırılıb.
Meksikanın Sağlamlıq Risklərinə qarşı Müdafiə üzrə Federal Komitəsi bir həftə əvvəl Çinin "Sinovac Biotech" və "CanSino Biologics" şirkətlərinin CODID-19 infeksiyası əleyhinə vaksinlərinin təcili istifadəsini təsdiqləyib.