Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir

22.02.2021 [15:44]

Xəbərin mətni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış qaziləriin yüksək texnologiyalı protezlərlə təminatını davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsində iştirak edən Əliyev Vasif Şakir oğlu Fizuli uğrunda döyüşlərdə ayağını itirib. O, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra yüksək texnologiyalı protezlə təmin edilib.