Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsraildən Azərbaycana həkim heyəti gətirilib

04.03.2021 [14:59]

“YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana həkim heyəti gətirilib. 8 nəfərlik heyətdən ibarət oftalmoloqlar qazilərin müayinə və müalicələrini davam etdirir. 5 gün ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.