CƏMİYYƏT


Qusarda 3279 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub

Qusar Rayon Mərkəzi Xəstəxanasında indiyə kimi ümumilikdə, 3 min 279 vətəndaş COVID-19 infeksiyasına qarşı peyvənd olunub.
Xəstəxananın şöbə müdiri Natəvan Butayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilkin mərhələdə könüllülük əsasında 487 tibb işçisi peyvənd edilib. Səhiyyə işçilərinə artıq peyvəndin ikinci dozası da vurulub.