CƏMİYYƏT


İyirmi yaşında şəhidlik zirvəsinə yüksələn cəsur əsgər Samir Allahverdiyev

Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Allahverdiyev Samir Elçin oğludur. O, futbolçu kimi karyerasında böyük zirvələr fəth etmək arzusunda idi. Lakin torpaqlarımızın bütövlüyünü hər şeydən üstün tutaraq kiçikdən böyüyə hər kəsin qəlbində ən uca məqama yüksəldi, şəhid oldu.
AZƏRTAC xəbər verir ki, Samir 2001-ci il iyunun 7-də Lənkəran şəhərində dünyaya göz açıb. Uşaqlıqdan gülərüz, şən və zarafatcıl olan Samir hər kəsin sevimlisinə çevrilmişdi. Orta məktəbi yaxşı qiymətlə bitirən qəhrəmanımız evin sonuncu övladı idi. O, futbolçu olmaq, Vətənimizi xaricdə layiqincə təmsil etmək istəyirdi.