ELM VƏ TƏHSİL


Qubada “Zəfər” düşərgəsi açılıb

Qubada Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər” düşərgəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 74 şəhid övladının iştirak etdiyi düşərgə Quba STEAM Mərkəzində (Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey) təşkil olunub.
Düşərgənin açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Vətən müharibəsi iştirakçıları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.