ELM VƏ TƏHSİL


Akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib: Yassı Universitetində isə Azərbaycan Multikulturalizm Mərkəzi açılacaq

Xalq yazıçısı, akademik Kamal Abdulla məhsuldar elmi və ədəbi yaradıcılığını həvəslə davam etdirir. Görkəmli alim bu yaxınlarda Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib. Həmin universitetin tələbələri isə Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın pyesi əsasında tamaşa hazırlayırlar. Xatırladaq ki, yazıçının “Sehrbazlar dərəsi” romanı Rumıniyada da nəşr edilib. Həmçinin rumın oxucular Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Lyudmila Bejenarunun “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” əsəri ilə tanışdırlar.AZƏRTAC Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ilə müsahibəni təqdim edir.