SİYASƏT


Mixail Zabelin: Heydər Əliyev ilə işləmək böyük məktəbdir

Heydər Əliyev həqiqətən dahi insan idi. Bu görkəmli siyasi və dövlət xadimi Azərbaycan KP MK-nın birinci katibi, daha sonra Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd olduğu dövrdə mənə onunla işləmək xoşbəxtliyi nəsib olub.Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri, ümummilli lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə onun referenti olmuş Mixail Zabelin bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.