Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polis Akademiyasında “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair elan

21.01.2023 [11:04]

Xəbərin mətni

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üçün 300 kursantın qəbulu üçün müsabiqə elan edilir. Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.