CƏMİYYƏT


Polis “Papanin” və “Kubinka”da narkotik vasitələr satan və silah gəzdirən 8 nəfəri saxlayıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər - Rəşad Ağayev, Kamal Saməddinzadə, Elxan Qasımov, Elçin Əsədullayev, Ramil Əlibəyov, Eldəniz Şərifov və Anar Bəxtiyarzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, psixotrop maddə olan metamfetamin və satışı qadağan edilən 100 ədəd preqabalin həbi aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.