CƏMİYYƏT


Cəlilabadda narkokuryerdən külli miqdarda narkotik vasitələr götürülüb

Cəlilabadda saxlanılan narkokuryerin əlindəki bağlamadan külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Mirkənan Mirsüleymanlı rayon ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqram 800 qrama yaxın heroin, 3 kiloqrama yaxın marixuana və 20 qram metamfetamin aşkarlanaraq götürülüb.