Brovarıda helikopter qəzasında həlak olanlarla vida mərasimi təşkil edilib
21.01.2023 [16:06]
Xəbərin mətni
Yanvarın 21-də Kiyevdə “Ukrayna Evin”də Brovarıda helikopter qəzası nəticəsində həlak olan Daxili İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşları ilə vida mərasimi keçirilib. AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, əvvəlcə Daxili İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşlarının tabutları zala gətirilərək postamentlərə qoyulub.