CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının son bir ayda keçirdikləri əməliyyatlar zamanı 65 nəfər saxlanılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşlarının qarşısında dayanan prioritet məsələlərdən biridir. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi son dövrlərdə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 65 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 170 kiloqram müxtəlif xassəli narkotik vasitə, elektron tərəzilər və 5122 ədəd ekstazi və metadon həbi aşkar edilib.