Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

01.02.2023 [15:38]

Xəbərin mətni

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 faizə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 faizə, faiz dəhlizinin yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 faizə qaldırılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizi parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.