Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı tələbə: Zəlzələ anını yuxu zənn etdim

15.02.2023 [15:10]

Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələdən zərərçəkən Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir. Həmin şəxslər avtobus vasitəsilə Gürcüstan sərhədindən keçərək ölkəmizə gətirilir. Onlardan biri də Türkiyənin Osmaniyyə şəhərində təhsil alan tələbə Əli Kərimlidir. O, AZƏRTAC-a müsahibəsi zamanı söyləyib ki, təbii fəlakət baş verən gün hataylı dostunun evində qonaq olub.