CƏMİYYƏT
Türkiyədəki zəlzələdə həlak olan tələbə Samir Quliyev dəfn edilib
16.02.2023 [19:05]
Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 16-da dəfn ediliblər.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələ baş verdiyi vaxtdan İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında məlumat yox idi. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
18.03.2023 [22:47]
18.03.2023 [22:18]
20.03.2023 [19:10]
07.03.2023 [17:05]
15.03.2023 [16:07]
08.03.2023 [16:49]
21.03.2023 [06:12]
21.03.2023 [05:39]
21.03.2023 [04:44]