CƏMİYYƏT


Sabunçu rayonunda silsilə oğurluqlar edən 5 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan dəstə üzvləri - Qalib Hüseynov, Heybət Həsənov və Habil Dadaşov saxlanılıblar. Həmin şəxslərin qeyd edilən qəsəbə və ətraf ərazilərdə yerləşən 10-a yaxın evdən oğurluqlar etdikləri müəyyən edilib. Oğurlanan əşyaların bir qismi dəstə üzvlərindən aşkar olunaraq götürülüb.