CƏMİYYƏT


DSX: Neft Daşlarındakı estakadaya naməlum bağlamaları boşaldan şəxsin qayığı saxlanılıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühafizəsinin təmin edilməsi, Хəzər dənizində rejim qаydаlаrınа nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Fevralın 17-də saat 23:40-da xidmətin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə hərəkət edən bir naməlum hədəf müşahidə edilib və dərhal sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib.