CƏMİYYƏT


Sabirabadda pambıq emalı məntəqəsində güclü yanğın olub

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda pambıq qəbulu məntəqəsində baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu gün saat 18 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə dərhal RPŞ-nin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar. Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.