CƏMİYYƏT


Zaqatalada qanvermə aksiyası təşkil edilib

Zaqatalada talassemiya və müxtəlif qan çatışmazlığından əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaq məqsədi ilə qanvermə aksiyası təşkil edilib.
Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyanın təşkilatçısı Səhiyyə Nazirliyinin nəzdindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzi olub. Onlara bu işdə Zaqatala Rayon İcra Hakimiyyəti və yerli qurumlar dəstək göstərib.
Mərkəzi Xəstəxanadan verilən məlumata əsasən, gün ərzində davam edən aksiyada müxtəlif qan qruplarına aid 122 nəfərdən qan götürülüb.