CƏMİYYƏT


Kahramanmaraşa yardım tırları göndərildi

Dekabrın 1-də Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, komitə sədrinin birinci müavini Valeh Hacıyevin, həmçinin Fond rəhbərliyinin və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının da iştirak etdikləri yolasalma mərasimində içərisində 6200 yorğan və adyal, 175 kondisioner, 1500 ədəd isidici, eyni zamanda, yemək bişirmək üçün 1000 soba olan iki TIR Kahramanmaraş rayon Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Regional Mərkəzinə yola salınıb.