Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meyitdən orqan köçürülməsi nə zaman reallaşa bilər?

01.12.2023 [17:02]

Xəbərin mətni

Bu ilin avqust ayından bəri ölkədə icbari tibbi sığorta çərçivəsində orqan transplantasiya əməliyyatları icra olunur. Bu il həm də Dövlət Proqramı ilə, həm də öz hesablarına əməliyyat olunanlar da var. Orqan transplantasiyası əməliyyatına ehtiyacı olan xəstələrin heç də hamısının donoru olmur. Bu da, meyitdən orqan köçürülməsi məsələsini daima gündəmdə saxlayır. Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əsas məqsədi də Donor Bankının yaradılmasıdır.