MÜSAHİBƏ


Ukraynalı deputat: AŞPA-da Azərbaycanla bağlı yaranmış vəziyyət Avropa Şurasına fayda gətirməyəcək

İndi çox vacib bir vaxtdayıq. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır. Bu regionda sülhə nail olmaq hər iki xalq, eləcə də bütün dünya üçün vacibdir. Belə bir həssas dövrdə sülh prosesini zədələyə biləcək heç nə etməməliyik, əksinə, bu istiqamətdə hər iki tərəfə dəstək olmalıyıq. Avropa Şurasında hər bir üzv ölkə üçün mübarizə aparmalıyıq. Başqa cür hərəkət edə bilmərik. Avropa Şurası Parlament Assambleyası yaranmış bu vəziyyətdən bəhrələnə bilməz.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AŞPA-dakı Ukrayna nümayəndə heyətinin üzvü Oleksii Qonçarenko deyib.