SİYASƏT


Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dahi liderin doğma dilimiz haqqında söylədiyi kəlamlar əsasında hazırlanan “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin Çin dilindəki nəşrinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Pekindəki diplomatik korpusun təmsilçilərinin, Çin Xarici Dillər Nəşriyyatının rəsmilərinin, Çinin nüfuzlu ali təhsil ocaqlarının müəllim və tələbələrinin, Çində təhsil alan və çalışan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub, xatirəsi anılıb.