MÜSAHİBƏ


Beynəlxalq müşahidəçi İqor Xalin: Seçki məntəqələri çox dəqiq və mütəşəkkil işləyir

Mən Rusiya Federasiyasının Tümen vilayətindən Müstəqil Dövlətlər Birliyinin (MDB) missiyasını təmsil edirəm. Cümə günündən Azərbaycandayıq. Bu müddət ərzində biz artıq MDB missiyasının qərargahında görüş keçirməyə nail olmuşuq, sorğu vərəqələri, seçki məntəqəsində necə işləmək barədə tövsiyələr almışıq və Lənkəran şəhərində fəaliyyət göstəririk.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Müstəqil Dövlətlər Birliyindən olan beynəlxalq müşahidəçi, Rusiya Federasiyası Tümen vilayəti Seçki Komissiyasının sədri İqor Xalin məlumat verib.