SOCAR rəsmisi: SAP ilə fəaliyyətimiz çox genişdir
16.10.2024 [17:50]
Xəbərin mətni
SOCAR 15 ilə yaxındır ki, öz əməliyyatlarında SAP-ı tətbiq edir. SOCAR-ın SAP fəaliyyəti çox genişdir və gələcəkdə də bu fəaliyyət davam edəcək.
Bunu AZƏRTAC-a açıqlamasında SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidentin müavini Ziya Mürsəlzadə deyib.
Ziya Mürsəlzadə bildirib ki, SOCAR-ın çox inkişaf etmiş ERP (Müəssisə Resurslarının Planlaşdırılması) sistemi var.