ELM VƏ TƏHSİL
Azərbaycanlı tələbələr Romada toplaşıblar
10.12.2024 [14:35]
Xəbərin mətni
Azərbaycanın İtaliyadakı səfirliyinin, Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan İtaliya Məzunlar Assosiasiyasının (AZİAA) birgə təşkilatçılığı ilə İtaliyanın paytaxtı Romada azərbaycanlı tələbə və məzunlarla ilk görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunaraq, həyatı və zəngin dövlətçilik irsi ilə bağlı çıxışlar edilib.