ELM VƏ TƏHSİL
“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib
11.12.2024 [18:14]
Xəbərin mətni
Dekabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxış edərək elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədini və önəmini vurğulayıb.