Fərhad Quliyev: Azərbaycan cəmiyyətində arxeologiya elminin mövcudluğuna, fəaliyyətinə tələbat var
17.02.2025 [11:43]
Xəbərin mətni
Azərbaycanın ən qədim tarixi arxeoloji tədqiqatlar vasitəsilə öyrənilir. Arxeoloqlarımızın apardığı tədqiqatlar ölkəmizin qədim sivilizasiya məskənlərindən biri olduğunu, xalqımızın çoxminillik tarixini sübut edib. Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev AZƏRTAC-a müsahibəsində Azərbaycan arxeologiyasının mövcud vəziyyətindən, inkişaf istiqamətlərindən danışıb. Müsahibəni təqdim edirik.