Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Unudulmayan tarix, yenidən qurulan şəhər

26.02.2025 [19:59]

Unudulmayan tarix, yenidən qurulan şəhər Qarabağın bağrında bir şəhər var – Xocalı. Tarixin ən qanlı səhifələrindən birinə şahidlik edən, ancaq diz çökməyən, yenidən dirçələn bir məkan. 33 il əvvəl burada baş verən soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz bir iz buraxdı. Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasətinin ən qanlı səhifəsi oldu.