İDMAN


Azad Rəhimov: AZƏRTAC operativ və obyektiv məlumatlar yaymaqla birinci Avropa Oyunları ilə bağlı pozitiv rəylərin formalaşmasına nail oldu

Nazir Azad Rəhimov hesab edir ki, AZƏRTAC kimi mötəbər və nüfuzlu xəbər qaynağı birinci Avropa Oyunlarının operativ, geniş işıqlandırılması üçün çox vacib idi və onun peşəkar kollektivi “Bakı-2015”in rəsmi media tərəfdaşı kimi üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəldi Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Oyunların yekunları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.