Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova: Uşaqların xoşbəxtliyi cəmiyyətin davamlı inkişafının əsas şərtidir

01.06.2026 [14:41]

Xəbərin mətni

Uşaqların xoşbəxtliyi, onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi formalaşması cəmiyyətimizin davamlı inkişafının əsas şərtlərindən biridir. Biz hər il bu günü qeyd etməklə yanaşı, dövlətimizin uşaqların təhlükəsiz, sağlam, savadlı və xoşbəxt böyüməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticələrini də dəyərləndiririk. Çünki uşaq hüquqlarının müdafiəsi hər bir dövlətin gələcəyinə qoyduğu ən böyük sərmayədir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda keçirilən konfransda bildirib.