® “Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edib
01.06.2026 [17:04]
Xəbərin mətni
“Veysəloğlu Şirkətlər Qrupu”na (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illiyi və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkətin əməkdaşları “Ümid yeri” uşaq sığınacağının sakinlərini ziyarət ediblər. “Sizinlə birlikdə” layihəsi çərçivəsində həyata keçirilən görüşdə uşaqlar üçün musiqili-əyləncəli proqram, interaktiv oyunlar təşkil olunub, onlara müxtəlif hədiyyələr təqdim edilib.