Azərbaycan Dövlət İnformasiya Agentliyi

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

01.06.2026 [19:13]

Xəbərin mətni

Son illər qanunsuz onlayn kazino və qumar oyunlarının qlobal internet məkanında geniş miqyasda yayılması halları müşahidə olunur. Sosial şəbəkələrdə “asan qazanc”, “bonus”, “pulsuz balans” kimi vədlərlə təqdim olunan bu platformalar minlərlə insanı qanunsuz əməllərə sövq edir. Xüsusilə sosial media vasitəsilə yayılan reklamlar təhlükənin miqyasını daha da artırır. Nəticə isə əksər hallarda maddi ziyan, psixoloji asılılıq və törədilən bu qanunsuz əmələ görə azadlığın məhdudlaşdırılması ilə yekunlaşır.