Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhiyyə naziri: “Yüksəliş” müsabiqəsi hər bir iştirakçını öz potensialını reallaşdırmağa həvəsləndirir

17.07.2026 [16:03]

Xəbərin mətni

“Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu, gələcəyə yatırılan sərmayədir. Hər bir ölkənin ən böyük sərvəti onun insan potensialıdır. İstedad, bilik və davamlı inkişaf istənilən uğurlu dövlətin əsas dayaqlarıdır. Hər bir güclü dövlət yalnız infrastruktur və resurslar üzərində deyil, hər şeydən əvvəl bilik üzərində qurulur. İnsan kapitalına qoyulan sərmayə hər zaman ən yüksək nəticə verir. Bu fikirləri səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI