Müsabiqə qalibi: “Dövlətin və xalqın üçün nə etmisən?” sualı məni “Yüksəliş”ə gətirdi
17.07.2026 [17:51]
Xəbərin mətni
“Yüksəliş” müsabiqəsində iştirak etmək qərarı uzun illər özümə verdiyim “Dövlətin və xalqın üçün nə etmisən?” sualından yarandı. AZƏRTAC xəbər verir ki, bu sözləri beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Əliağa Ağayev altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı söyləyib. O bildirib ki, Macarıstanda təhsil aldığı və karyerasını qurduğu müddətdə Azərbaycan gənclərinin bir araya gəlməsi, ölkə ilə əlaqələrinin saxlanması və yeni gələn tələbələrin dəstəklənməsi istiqamətində fəaliyyət göstərib. Əliağa Ağayev qeyd edib ki, daha böyük məsuliyyətin bir parçası olmaq istəyi onu “Yüksəliş” müsabiqəsinə qoşulmağa sövq edib.