Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məsud Əfəndiyev: Yay məktəbimiz dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanan platformadır

20.07.2026 [15:28]

Xəbərin mətni

Otuz beş ildir Almaniyada yaşayıram. Bu müddət ərzində həm Almaniyanın aparıcı universitetlərində, həm də dünyanın nüfuzlu ali təhsil müəssisələrində dərs demək, müxtəlif yay məktəblərinin fəaliyyətində iştirak etmək imkanım olub. Bu təcrübə məndə belə bir layihəni Azərbaycanda da həyata keçirmək ideyasını formalaşdırdı. Bu fikirləri Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev yay məktəbi ilə bağlı jurnalistlərə müsahibəsində söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI