Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məşhur ekstremal 3100 metr yüksəklikdən qayalara çırpılıb

19.08.2016 [13:54]

Məşhur italyan beyscamperi Ule Emanuele İsveçrə dağlarında həlak olub. Onun növbəti tullanışı edərkən qayaya çırpıldığı bildirilir. Uli Emanuelenin ən məşhur uçuşları odlu halqa və eni 2 metr olan qayadakı dəlikdən keçməsi hesab olunur. Özünün Facebook səhifəsində ekstremal son fotonu paylaşıb və 3100 metrdən tullanmağa hazır olduğnu bildirib. Bu onun sonuncu uçuşu olub.