FHN-in İsraildə meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşları Vətənə qayıdıblar
30.11.2016 [19:40]
Xəbərin mətni
Xəbər verdiyimiz kimi, İsrail Dövləti Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildə meşə yanğınları ilə əlaqədar bu ölkəyə “BE-200ÇS” amfibiya tipli təyyarə göndərmişdi.
AZƏRTAC xəbər verir ki, meşə yanğınlarının söndürülməsində fəal iştirak etmiş Azərbaycan yanğınsöndürənləri noyabrın 30-da Vətənə qayıdıblar.