Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda seminar yekunlaşıb

08.12.2016 [18:31]

Xəbərin mətni
Dekabrın 8-də Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə layihəsi əsasında təşkil edilən “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda iki həftəlik seminarın bağlanış mərasimi keçirilib.