SİYASƏT


İtkin düşən nefçilərin axtarışına 10-dan çox gəmi, FHN-in helikopteri cəlb olunub

Bu gün saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailələrinə xəbər verilib, onların yaşadığı ünvanlara komissiyalar gedib. Bu barədə SOCAR-ın “Azneft” İB-nin baş direktorunun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov dekabrın 15-də “Azneft” İB-də yaradılan qərargahda jurnalistlərə açıqlamasında deyib.