Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçilərin axtarışına FHN-in Kinoloji xidmətinin xilasediciləri, 44 gəmi, 6 helikopter, 700-dən çox canlı qüvvə cəlb edilib

21.12.2016 [11:26]

Xəbərin mətni
Qərargahdan AZƏRTAC-a bildirilib ki, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış–xilasetmə əməliyyatları uzunluğu 125 kilometr, eni isə 108 kilometr olan geniş ərazidə həyata keçirilir.