Sərhəd Xidmətinin əməkdaşları bu il axtarışda olan 4 min 590 nəfəri saxlayıblar
24.12.2016 [11:46]
Xəbərin mətni
Bu il ərzində sərhəd rejimini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4 min 590 nəfər, dövlət sərhədini pozduqlarına görə isə 503 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.