ELM VƏ TƏHSİL


Azərbaycana bahar martın 20-də gələcək

Azərbaycana bahar gəlir: bu, martın 20-də Bakı vaxtı ilə saat 14:29 radələrində baş verəcək. Həmin gün gecə və gündüz bərabərləşəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək, Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu, astronomiyada “yaz bərabərliyi nöqtəsi” adlanır.