Mayın 27-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat sabahdan başlayır
11.04.2017 [15:01]
Xəbərin mətni
Birinci-beşinci ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcək. Sınaq imtahanına qeydiyyat aprelin 12-də saat 10:00-dan mayın 23-də saat 10:00-dək aparılacaq.