ELM VƏ TƏHSİL


Ali və orta ixtisas təhsili müəssələrinə 85 mindən çox abituriyent ərizə verib

Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb. I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 85 min 497 abituriyent elektron ərizəsini təsdiqləyib. Elektron ərizəsini təsdiqləməyənlər imtahana buraxılmayacaqlar.